Siyasət

Qətərdə yaşayan soydaşlarımız erməni təxribatlarına etiraz ediblər - VİDEO - FOTO

18 İyul 2020 14:19
Baxış: 1 119

Dünən Qətərdə yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə Doha şəhərində yürüş təşkil ediblər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, əllərində Azərbaycan bayraqları, eləcə də "Orduya dəstək!", "Karabakh is Azerbaijan!" plakatları daşıyan soydaşlarımız, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildiriblər.

Soydaşlarımız paytaxt Dohanın bulvarı boyunca piyada şəkildə, həmçinin üzərində Azərbaycan bayraqları dalğalanan nəqliyyat vasitələri ilə yürüş ediblər. Aksiyanın sonunda Qətərdə yaşayan azərbaycanlılar vətənə sədaqət və bağlılıqlarını bir daha ifadə ediblər, Ermənistanın təcavüzkar siyasətini nifrətlə qınayıblar.

Qətərdə yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş təşkil ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.