Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Böyükşor” yarımstansiyasının açılışında iştirak ediblər - FOTO
İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni tikilən "Böyükşor" yarımstansiyasının açılışında iştirak ediblər.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım yarımstansiya ilə tanış oldular.
"Azərenerji" ASC-nin sədri Baba Rzayev yarımstansiyanın texniki göstəriciləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.
Bildirildi ki, yeni tikilən "Böyükşor" yarımstansiyasının gərginliyi 220/110/10 kV, gücü isə 750 MVA-dır. Yarımstansiyanın müasir idarəetmə sistemi ilə təchiz edilən mərkəzi idarəetmə otağında iş prosesinə real zaman rejimində nəzarət olunması və göstəricilərin "Azərenerji" ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə micro-SCADA sistemi quraşdırılıb.
Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Bu yarımstansiya paytaxtın Sabunçu, Binəqədi, Nərimanov və Nizami rayonlarında yerləşən bir sıra mövcud və tikilməsi planlaşdırılan iri infrastruktur obyektlərinin, sosial-sənaye müəssisələrinin və əhalinin dayanıqlı elektrik təchizatını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir.
"Böyükşor" yarımstansiyası Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq xətlərin və yarımstansiyaların yüklənməsini aradan qaldıracaq, xətlərdəki itkiləri azaldacaq, enerji qovşağının sxem etibarlılığını və yükötürmə qabiliyyətini artıracaq. Bu yarımstansiya, eyni zamanda, mövcud 110 kilovoltluq yarımstansiyaların qidalanma sxemlərini təkmilləşdirəcək, tikilməsi nəzərdə tutulan yeni 110 kilovoltluq yarımstansiyaların enerji sisteminə qoşulması məsələlərini həll edəcək.
Yeni yarımstansiya qurularkən perspektiv sosial-iqtisadi inkişaf, əhalinin artan tempi də nəzərə alınıb. Yaxın vaxtlara qədər Bakının mərkəz hissəsinin şimal zonasının elektrik enerjisi ilə təchizatı "Xırdalan" yarımstansiyasından çıxan xətlər və 8 yarımstansiya vasitəsi ilə həyata keçirilirdi ki, bu da istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatında bəzi çətinliklər yaradırdı. "Böyükşor" yarımstansiyasının istifadəyə verilməsi ilə bu məsələ artıq həllini tapıb. Yarımstansiyada üç müasir transformator quraşdırılıb, mövcud 2-ci "Hövsan" və 3-cü "Ramana" hava xətlərinin yarımstansiyaya giriş-çıxışı təmin edilib. Hazırda "Binəqədi" yarımstansiyasının yüklənməsini azaltmaq və etibarlılığını yüksəltmək məqsədilə bu yarımstansiyaya kabel xətlərinin çəkilişi davam edir.
Qeyd edək ki, son iki ilə qədər Bakıda və Abşeron yarımadasında cəmi beş ədəd 220 kilovoltluq yarımstansiya fəaliyyət göstərirdi. Onların dördü istismar müddətini başa vurmuşdu. Ötən iki ildə isə "Böyükşor" yarımstansiyası və "Şimal" Elektrik Stansiyasının ərazisində qapalı tipli iki yarımstansiya tikilib. Beləliklə, Bakı şəhərindəki 220 kilovoltluq yarımstansiyaların sayı yeddiyə çatdırılıb. Eyni zamanda, istismar müddətini bitirən sistem əhəmiyyətli 220 kilovoltluq dörd yarımstansiyadan ikisində - "Müşfiq" və "Xırdalan" yarımstansiyalarında yenidənqurma işləri tamamlanıb, "Nizami" və "Hövsan" yarımstansiyalarında isə işlər yaxın vaxtlarda başa çatdırılacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq





