Siyasət

Ermənilərin atəşləri nəticəsində dağılan evlər - FOTO

16 İyul 2020 13:51
Baxış: 1 998

Ermənistan Silahlı Qüvvələri dinc əhalini, evləri atəşə tutmaqda davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, düşmən qüvvələri kəndləri iriçaplı silahlardan, toplardan və digər artilleriya qurğularından istifadə etməklə atəşə tutur. Xüsusilə də Tovuzun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacalı kəndləri bu gün gecə saat 4-dən etibarən ağır artilleriyalarla atəşə tutulub. Atəş nəticəsində kənd sakinlərinə ciddi maddi ziyan dəyib.

Baş Prokurorluq Ermənistanın silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlayıb.

Qeyd edək ki, açılan atəşlər nəticəsində Tovuz rayonunun Ağdam kənd sakini Əzizov Əziz İzzət oğlu həlak olub. Əziz Əzizovun qızı Zərnişan Gözəlova Trend-ə açıqlamasında bildirib ki, ayın 12-də atası ilə telefonla danışıb sağollaşandan dərhal sonra ermənilər evi mərmi atəşinə tutub, Ə.Əzizovu öldürüblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.