Siyasət

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

11 İyul 2020 16:23
Baxış: 849

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq münasibətləri hərtərəfli və yüksələn xətlə inkişaf etməkdədir. İnanıram ki, əlaqələrimizin ikitərəfli və çoxtərəfli müstəvidə möhkəmlənməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının dost Monteneqro xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə daim rifah və əmin-amanlıq arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.