Siyasət

Kəlbəcər və Goranboy rayon prokurorları vəzifəsini icra edən şəxslər müəyyən edilib

30 İyun 2020 14:36
Baxış: 956

Baş prokuror Kəlbəcər və Goranboy rayonlarının prokuroru vəzifəsini icra edən şəxsi müəyyən edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş prokuror Kamran Əliyev bu barədə əmr imzalayıb.

Əmrə əsasən Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.