Siyasət

Gürcüstandan 178 nəfər Azərbaycan vətəndaşının təxliyə prosesi başa çatıb

23 İyun 2020 17:54
Baxış: 1 256

178 nəfər Azərbaycan vətəndaşının Gürcüstandan gətirilməsi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ötən gün Azərbaycanın Gürcüstandakı səfirliyində koronavirus testi verən vətəndaşların heç birində virus aşkarlanmayıb.

Bu gün isə 178 nəfər Azərbaycan vətəndaşı "Sınıq körpü" sərhəd keçid məntəqəsinə gətirilib, daha sonra isə ordan Azərbaycana yola salınıb.

Azərbaycana gətirilən vətəndaşlar koronavirus testi neqativ olduğuna görə, karantinə salınmayıb. Bu şəxslərə evlərinə rahat çatmaq üçün ölkə üzrə bir günlük rahat hərəkət icazəsi verilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.