Siyasət

Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərə elektron nəzarət ediləcək

19 İyun 2020 13:51
Baxış: 922

Azərbaycanda məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərə elektron nəzarət həyata keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 47.2-1-ci maddə əlavə edilir:

"47.2-1. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur".

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.