Siyasət

Sahibə Qafarova: Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü

19 İyun 2020 12:03
Baxış: 907

Dünən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Spiker xatırladıb ki, ölkə başçısı dünənki sammitdə vurğulayıb ki, biz artıq Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik və mətnin 90 faizi artıq razılaşdırılıb: " Buna görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir".

S.Qafarova deyib ki, cənab Prezidentin çıxışında digər diqqətçəkən məqam isə ölkə başçsıının növbəti dəfə Ermənistanın baş nazirini ifşa etməsidir: "Möhtərəm Prezident Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhtlərini açıq mətnlə ifşa edərək dedi ki, son günlər Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirir, Ermənsitan danışıqların mahiyyət və formatını məhv etməyə çalışır. Azərbaycan Prezidentinin səslədnirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.