ABŞ koronavirus infeksiyası ilə mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib.
Milli.Az xəbər verir ki, Trend bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.
Məlumata görə, yardım ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanlığı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı nümayəndəliyinin xətti ilə göstərilib.
Səfirlikdən bildiriblər ki, humanitar yardım Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə həyati əhəmiyyət daşıyan avadanlığın verilməsindən ibarət olub.
Milli.Az