Siyasət

Siyavuş Novruzov: "Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar"

5 İyun 2020 11:55
Baxış: 1 164

Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özlərini demokrat adlandırırlar:

"O zaman Sürət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri asacaqdı. Bunları ümumnilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə gizlənmişdi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi birdərədən çıxıb özlərini demokrat adlandırırlar".

Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.