Siyasət

Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirilir

31 May 2020 16:56
Baxış: 2 580

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, qanunun 8.1-ci maddəsində "2 il" sözləri "1 il" sözləri ilə əvəz edilir.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.