Siyasət

Kim Çen In Prezident İlham Əliyevi təbrik edib

29 May 2020 15:42
Baxış: 1 087

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Indan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının Hökuməti və xalqı adından Sizin dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

Koreya ilə Azərbaycan arasında dərin tarixə malik dostluq və əməkdaşlıq əlaqələrinin hər iki xalqın arzusu və istəyinə uyğun olaraq daim inkişaf edəcəyinə əminliyimi bildirir, Sizə və xalqınıza Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.