Afət Həsənova: Azərbaycanda məcburi köçkünlərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Azərbaycanda məcburi köçkünlərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 1336 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş "Qobu Park-3" müasir yaşayış kompleksinin açılışı məcburi köçkünlərə dövlət qayğısının daha bir bariz nümunəsidir.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, yeni qəsəbə bütün müasir tələblərə cavab verir:
"Eyni zamanda "Qobu Park-3" kompleksində 960 şagirdlik məktəb fəaliyyət göstərəcək, həmçinin böyük uşaq bağçası tikilib ki, bu da məcburi köçkünlərin keyfiyyətli təhsillə təmin olunması üçün mühüm addımdır. Azərbaycanda məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır.
Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman öz fəaliyyətlərində onlara böyük diqqət və qayğı ilə yanaşırlar. Bildiyiniz kimi, bütövlükdə Qobu qəsəbəsində reallaşdırılan 3 layihədə toplam 3 700 nəfərə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək, 20 minə yaxın insan yaşayacaq. Bu da məcburi köçkünlərin yaşayış şəraitinin yaxılaşdırılması istiqamətidə atılan mühüm addımlardan biridir".
A.Həsənova qeyd edib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlətimizin diqqət mərkəzindədir:
"2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. İndiyədək ölkəmizin müxtəlif regionlarında bu kateqoriyadan olan vətəndaşlar üçün 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. Eyni zamanda məcburi köçkünlərin məşğulluğun artırılması istiqamətində də xeyli işlər görülməkdədir. Yeni tikilən qəsəbələrdə onların işlə təmin olunması, istehsal və xidmət sahələrinin yaradılması da bu istiqamətdə görülən mühüm tədbirlərdən biridir".
Deputat əlavə edib ki, ən mühüm məsələlərdən biri odur ki, dünyada baş verən maliyyə və iqtisadi böhranlara baxmayaraq ölkəmizdə heç bir sosial layihə, o cümlədən məcburi köçkünlərlə bağlı heç bir proqram təxirə düşməyib:
"Bildiyiniz kimi, bu gün koronavirus pandemiyası dünyanı cənginə alıb, neftin qiymətləri kəskin şəkildə aşağı düşüb, dünyanın inkişaf etmiş ölkələri belə ciddi sıxıntılar içərisindədir. Lakin belə bir vəziyyətdə ölkəmizdə nəzərdə tutulan sosial layihələr heç bir ləngimə olmadan uğurla həyata keçirilir".
A.Həsənova vurğulayıb ki, dövlət başçısı tək məcburi köçkünlərin deyil, əhalinin aztəminatlı təbəqələrinin də həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər böyük işlər görür və bu gün inkişaf etmiş, iqtisadiyyatı möhkəmlənmiş Azərbaycan dövləti bu potensiala malikdir:
"Bütün bunlar Cənab Prezidentin düşünülmüş və uğurlu siyasətinin nəticəsidir. Bu işlərin hamısı ölkəmizin öz imkanları hesabına, heç bir yerdən yardım almadan həyata keçirilir. Görülən işlər onu göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasət Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsinə və onun təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu siyasət də xalq tərəfindən dəstəklənir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
XƏBƏR LENTİ
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı





