Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir
Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qellehdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Milli.Az Trend-ə istinadən bildirir ki, təbrikdə deyilir:
"Cənab Prezident.
Dost və qardaş Azərbaycan xalqının milli bayramını qeyd etdiyi bu gündə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.
Mənimlə yanaşı Cibuti xalqı və hökuməti də ölkənizin milli bayramı münasibətilə qardaş Azərbaycan xalqına rəğbətini və dost münasibətini ifadə edir.
Səmimi qəlbdən ümid edirəm ki, Sizin liderliyinizlə başlanmış inkişaf layihələri ölkəniz və xalqınız üçün daha çox tərəqqi və rifah gətirəcəkdir.
Cibuti Respublikası bir çox ortaq dəyər və bənzərlikləri olan Azərbaycanla əlaqələrin, xüsusilə ticarət dövriyyəsinin səviyyəsini daha da artırmaq niyyətindədir.
Cənab Prezident, əmin ola bilərsiniz ki, Cibuti xalqı və hökuməti ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün hər zaman lazımi kömək göstərməyə hazırdır.
Sizə və bütün xalqınıza bir daha ən xoş arzularımı çatdırıram.
Cənab Prezident, xahiş edirəm ən səmimi təbriklərimi qəbul edin".
XXX
Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Vork Zevdedən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri, cənab Prezident.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Eyni zamanda, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlərin qarşıdan gələn illər ərzində güclənməkdə davam edəcəyinə əminliyimi ifadə edirəm.
Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".
XXX
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm".
XXX
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzu edirəm".
XXX
Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, Rumıniya ilə Azərbaycan arasındakı dialoqun və əməkdaşlığın inkişafı strateji tərəfdaşlığın institusional çərçivəsində davam edəcəkdir. İkitərəfli iqtisadi əlaqələrin, o cümlədən regional əhəmiyyətə malik enerji və nəqliyyat layihələri vasitəsilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində aparılan dialoqun gücləndirilməsi və şaxələndirilməsi qarşılıqlı münasibətlərimizin mühüm istiqamətlərini təcəssüm etdirir.
Zati-aliləri cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
XƏBƏR LENTİ
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi





