Siyasət
Qarabağ qaziləri qırğız xalqına müraciət etdi
20 Aprel 2010 20:19
Baxış: 215
Milli.Az-a daxil olan müraciətdə deyilir:
"Əziz qırğız xalqı! Rusiyanın təhriki və dəstəyi ilə Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini - Dağlıq Qarabağı və ətraf rayonları işğal edib. Bu işğal nəticəsində minlərlə insan həlak olub, bir milyona yaxın insan öz dədə-baba torpağından didərgin düşüb. Şəhərlərimiz, kəndlərimiz yandırılaraq məhv edilib. Biz öz torpaqlarımızı rus-erməni işğalından müdafiə edərkən sağlamlığımızı itirmişik. Müharibənin nə demək olduğunu yaxşı bilirik. Ona görə də qardaş qırğız xalqı üçün ağır bir gündə sizlərə müraciət etmək qərarına gəldik.
Bu il aprelin 6-dan Qırğızıstanda insan ölümü ilə başlayan və hazırda davam edən hadisələri bütün Azərbaycan xalqı kimi biz də ürək ağrısı ilə izləyirik. Təəssüflər ki, böyük xalq kütləsinin də iştirak etdiyi bu hərəkat itkisiz ötüşmür və bu qanlı olaylar indi də davam etməkdədir. Biz qırğız xalqının azadlıq və demokratiya uğrunda mübarizəsini müdafiə edir və alqışlayırıq. Amma bu prosesin sonrakı istiqamətdə inkişafı bizi narahat edir.
Bu səbəbdən də Qarabağ müharibəsinin od-alovundan təsadüf nəticəsində sağ çıxmış insanlar olaraq sizlərə müraciət edirik: qardaş qırğınını dayandırın. Rusiyanın və digər düşmən dövlətlərin bir türk dövləti olaraq Qırğızıstana qarşı başladığı məkrli siyasətinin davam etməsinə yol verməyin. Öldürülən və yaralananlar kimlərdir? Türklər - qırğızlar, ahıskalılar və azərbaycanlılar. İmkan verməyin ki, qardaş qardaşa əl qaldırsın. Qardaş müsəlman-türk qanı axıdılmasına son qoyun! Azad və demokratik Qırğız dövlətinin mənafeləri naminə birləşin!".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib - (Video)
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Yeni Azərbaycan Partiyası: dünənin tarixi, bu günün siyasi reallığı və gələcəyin hədəfləri
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Naringi qabıqlarını atmayın: Evdə və mətbəxdə faydalı istifadə üsulları
-
Noyabrın “əsas qəhrəman” bürcləri
-
Tənhalıq demensiya riskini artırır
-
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi