Siyasət

Hikmət Hacıyev: Pandemiya dövrü özünütəcrid deyil, qlobal həmrəylik vaxtıdır

14 May 2020 15:21
Baxış: 882

"Azərbaycan beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməklə ortaya qoyduğu mövqe ilə göstərir ki, pandemiya dövrü ölkələrin özünütəcrid deyil, qlobal həmrəylik vaxtıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "EurActiv" portalına müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın hazırda sədrlik etdiyi iki təşkilat - Türk Şurası və Qoşulmama Hərəkatında əsas prinsip bütün üzvlərlə açıq ünsiyyətin qorunmasıdır.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusa qarşı cavab tədbirləri Fonduna 5 milyon dollar keçirib.

O əlavə edib ki, Qoşulmama Hərəkatının onlayn sammitində Azərbaycan Prezidenti İlham Əliyev Latın Amerikası, Afrika və Asiya ölkələrinin dəstəklənməsi üçün ÜST-ə daha 5 milyon dollar vəsaitin ayrıldığını bəyan edib:

"İndi qlobal miqyasda tədbirlər görmək və bütün dünyada vəziyyətə görə məsuliyyəti üzərinə götürmək vaxtıdır. Bu istiqamətdə ÜST-dən başqa digər səlahiyyətli təşkilat yoxdur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.