Siyasət

Xaricdə virusdan vəfat edən azərbaycanlılarının nəşinin ölkəyə gətirilməsi təmin olunur

13 May 2020 18:10
Baxış: 1 213

Xaricdə yaşayan azərbaycanlılar arasında koronavirusa yoluxanlar var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, xaricdə yaşayan vətəndaşlarımız arasında koronavirusdan ölənlər də var: "Hətta, əslən azərbaycanlı olan xarici ölkə vətəndaşları sırasında bu virusa yoluxanlar olub. Xaricdə bu virusdan ölən şəxslərin meyitlərinin Azərbaycana qaytarılması ilə bağlı icazə verilir. Həmin vətəndaşların meyitləri xüsusi reyslərlə Azərbaycana gətirilir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.