Heydər Əliyev türk dünyasının ən böyük liderlərindən biridir. Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanı sürətli inkişaf yoluna çıxarmış, türk dünyası, o cümlədən Türkiyə ilə ən yüksək dostluq və qardaşlıq əlaqələrinin qurulmasına mühüm töhfə vermişdir.
AzərTAc xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dərnəyinin İğdır vilayəti üzrə təmsilçisi, iğdırlı jurnalist Sərdar Ünsal ulu öndər Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı fikirlərini bölüşərkən demişdir.
Dünya miqyaslı siyasətçi Heydər Əliyevin öz xalqına sürətlə inkişaf edən Azərbaycan dövlətini miras qoyduğunu diqqətə çatdıran S.Ünsal demişdir ki, onun "bir millət - iki dövlət" kəlamında bildirildiyi kimi, xalqlarımız hər zaman bir-birinin yanında olmuşlar.
Ümummilli lider Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan və digər mühüm əhəmiyyət daşıyan irimiqyaslı layihələrin memarı olduğunu vurğulayan S.Ünsal ulu öndərin əsasını qoyduğu uzaqgörən siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır: "Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünə layiqli yer tutmuşdur".
Torpaqlarımızın 20 faizinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu diqqətə çatdıran S.Ünsal bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa edilməlidir. Əks halda, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını hərbi yolla azad edəcəkdir. Bunun üçün Azərbaycanın kifayət qədər güclü ordusu vardır.
Milli.Az
Siyasət
Sərdar Ünsal: "Heydər Əliyev türk dünyasının ən böyük liderlərindən biridir"
11 Dekabr 2011 12:37
Baxış: 806
DİGƏR XƏBƏRLƏR
-
Milli Məclis Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
-
Xamenei bu xəstəxanada SAXLANILIR - İddia - VİDEO
-
Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər - FOTO
-
Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO
-
Azıx mağarasının konsepsiyası təqdim edildi - FOTO
-
Prezident İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
“Detache-Sabah” violinoçular ansamblının konserti baş tutub - FOTO
-
Nəfəs Zeynəb Xanlarovanın mahnısını oxudu - TƏNQİD OLUNDU - VİDEO
-
Ronaldu DÇ-2026-da kral kimi yaşayacaq: Lüks otel seçildi - FOTO
-
Bu energetik içkini almayın - Təhlükəli maddə aşkarlandı
-
"Bösendorfer" firmasına məxsus royalların rəsmi təqdimat mərasimi baş tutub.- FOTO
-
Bakıda həbsxanaya narkotiki görün necə keçirmək istədi
-
Tbilisi prospektində böyük dəyişiklik: Tıxacların qarşısı alınacaq
-
"Balenciaga”nın zibil paketinə bənzədilən ÇANTASI: 1790 dollara - VİDEO
-
Toyuq kəsimi sexinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlandı - FOTO
-
“Bavariya” “Santyaqo Bernabeu”ya görə UEFA-ya müraciət etdi
-
Vərəsəliklə bağlı yeni prosedur TƏSDİQLƏNDİ
-
"Komedixana"da həmin müğənnini parodiya etdilər - VİDEO
-
2027-ci ilin idman paytaxtı Yevlax oldu
-
Bu kərə yağı ilə bağlı şok İDDİA: Tapdalanıb qablaşdırılır? - VİDEO
-
Bakıda 57 yaşlı qadın faciəli şəkildə ÖLDÜ
-
Bir bankda faiz 10-12, digərində 25-30: Kredit faizləri niyə FƏRQLİDİR?
-
Doğuş vaxtı ölən 19 yaşlı Röyadan geriyə qalan GÖRÜNTÜLƏR
-
Ucuz geyimlər almayın - SƏBƏB
-
Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç olub - FOTO - YENİLƏNİB
-
“Bavariya”nın futbolçusuna 2 oyunluq CƏZA
-
Ölkədə baş verən piyadavurma hadisələri - ANBAAN VİDEO
-
102 yaşlı qadına 100 yaş arzuladılar
-
İranın təhlükəsizlik strategiyasının əsas fiquru: Əli Laricani kimdir? - FOTO
-
İran raketləri Netanyahunun ofisi yaxınlığına düşdü





