Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması ən gözəl xüsusiyyətlərimizdən biridir - FOTO

16 Aprel 2020 10:58
Baxış: 1 261

Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq qoşulan hər kəsə minnətdarlığını bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə rəsmi İnstaqram səhifəsində edilən paylaşımda deyilir.

Paylaşımda bildirilir:

"Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!

Könüllü qanvermə aksiyasına qoşulmuş təşkilatların siyahısı

1. "AS Qrup İnvestment" şirkəti

2. Azərbaycan İdman Jurnalistləri Federasiyası

3. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi

4. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş, Göyçay, Mingəçevir İdarəsi

7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi

9. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

11. Azərbaycan Respublikasının Milli Məclisi

12. "AzərEnerji" ASC

13. "Azərişıq" ASC

14. Azərkosmos" ASC

15. "AzərGold" QSC

16. Bakı Şəhər İcra Hakimiyyəti

17. Bakı Nəqliyyat Agentliyi

18. City Hospital

19. Ege Hospital

20. Dövlət Dəniz Agentliyi

21. Heydər Əliyev Fondu

22. Heydər Əliyev Mərkəzi

23. "Kontakt Home" mağazalar şəbəkəsi

24. "Sağlam Ailə" Tibb Mərkəzi

25. "Rahat" supermarketlər şəbəkəsi

26. "Referans Medical Group"

27. Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.