Elman Nəsirov: "Azərbaycanda “5-ci kolon” milli xəyanətin klassik nümunəsidir"
Başlandı. Proqnozlar özünü tam doğrultdu. Azərbaycan yenə hədəfdədir. Ölkəmizə 4 "kolon" üzrə hücumlar intensiv xarakter kəsb edir. Qısamüddətli pauzalar fürsət gözləmək mahiyyəti daşıyır. Bu "kolon"lardan birincisi Ermənistan dövlətidir. İkincisi, dünyadakı erməni lobbisidir. Üçüncüsü, erməni diasporudur. Dördüncüsü isə, beynəlxalq islamofob qüvvələrdir. Onların anti Azərbaycan basqılarının səmərəlilik əmsalı sıfra bərabər olduğundan ölkə daxilində "axilles dabanı" axtarışı və tapılması "4 kolon"un simaları üçün strateji xarakter daşıyır.
Bu halda, daxilimizdə olan milli satqın və dönüklərin muzdlu xidmətindən istifadə edilməsi zərurətə çevrilir. Nəticədə "5-ci kolon" formalaşdırılır. Onlar ölkəmizdə siyasi qüvvə deyil, siyasi ünsür və dəstə səviyyəsindədir. Məqsədləri ölkədə xaos mühiti formalaşdırmaq, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini pozmaqdır. Bu ünsürlər adətən Azərbaycan dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda (mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən, seçkilər zamani və s.) daha çox fəallaşırlar. İndiki halda isə dünyanı əsarətə almış koronavirus pandemiyasının hər bir dövlətə, o cümlədən Azərbaycana mənfi təsirlərinin artdığı, bu baxımdan xalqın sağlamlığı və dövlətin təhlükəsizliyi üçün ciddi təhdidlərin yarandığı bir reallıqda yenidən sağa-sola boylanmaqda, öz xislətlərinə müvafiq şər, böhtan, yalan və çirkab ifraz etməkdədirlər. Onlar xalqımız və dövlətimizin tarixi sınaq qarşısında qaldığı mürəkkəb şəraitdə siyasi mənsubiyyətlərini bir kənara qoyub, ümummilli birlik və həmrəyliyə töhfə vermək əvəzinə, saxta "vətənpərvərvərik"lə qilaflanmış "don"larını çıxardaraq əsl simalarını, əslində isə simasızlıqlarını növbəti dəfə nümayiş etdirməkdə, hər cür təxribatlara əl atmaqdadırlar.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev martın 19-da Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik müraciətində bu təxribatların icraçıları və onların çirkin məqsədlərinə tam aydınlıq gətirərək qeyd etmişdir ki, "bu təxribat haradan gəlir, həmin o "5-ci kolon"dan, içimizdə olan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Sanki istəyirlər ki, iğtişaş olsun, istəyirlər ki, aləm dağılsın, istəyirlər ki, panika olsun. Onlar düşməndirlər və biz bunu açıq deməliyik."
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin xalqımızı və dövlətimizi bu qorxunc xəstəliyin acı nəticələrindən hifz etmək üçün atdığı sərt karantin tədbirləri "5-ci kolon" nümayəndələri tərəfindən - Əli Kərimli, Cəmil Həsənli və onların "şineli"ndən çıxmış dəstənin digər üzvləri tərəfindən süngü ilə qarşılanmış, növbəti qarayaxma, yalan və iftira kampaniyasını həyata keçirmək üçün növbəyə dayanmışlar. Onların ianələrini aldıqları müəyyən xarici dövlətlərin eyni infeksiyaya qarşı, eyni qəbildən olan addımlarının şərəfinə mədhiyyələr söyləmək növbəsinə dayandıqları da diqqətdən yayınmır. Bu, ikiüzlülük və milli xəyanətin əsl klassik nünunəsidir. Hətta iş o yerə gəlib çatıb ki, bu antimilli ünsürlər işğalçı Ermənistanın koronavirusa qarşı atdığı müəyyən addımları təqdir etməkdən belə çəkinmir, rəsmi Yerevanın məcburi məhdudiyyətlərə rəvac verən addımları ölkədə "demokratiyanın baza prinsiplərini zədələmir" kimi gülünc və sərsəm ifadələr işətməkdən belə vaz keçmirlər. Halbuki, "sapı özümüzdən olan baltalar" çox gözəl bilirlər ki, işğalçı Ermənistanda martın 16-da fövqəladə vəziyyət elan edilmişdir. Mətbuata senzura tətbiq olunmuşdur. Kütləvi informasiya vasitələri və sosial şəbəkələrin koronavirus pandemiyası ilə bağlı yalnız rəsmi dövlət məlumatlarıa istinad etmələri bir qanun tələbi kimi irəli sürülmüşdür. Bunun əksi olduqda, müvafiq addımı atmış tərəf 2 saat ərzində mətbuatda təkzib verməlidir. Bunun edilməyəcəyi təqdirdə, fövqəladə vəziyyət rejiminin bütün sərtliyi ilə məlum qaydanı pozmuş tərəfə qarşı istifadə olunması sırf zaman məsələsidir.
Bu yerdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin "5-ci kolon"un mahiyyəti haqqında fikirlərinə istinad etmək yerinə düşər:
"Radikal müxalifətin qurtardığı yerdə milli xəyanət başlayır. Əslində radikal müxalifətçilər ilə "5-ci kolon" arasında sədd belə görünmür. Müxalifətçilərə gəldikdə isə, onlar nə qədər sərt olsalar belə, dövlətlərinin milli maraqlarının müdafiəsi naminə mübarizə aparırlar, "5-ci kolon"un təmsilçiləri isə milli maraqları tapdalayaraq, xarici dövlətlərin sifarişlərini icra edirlər. "5-ci kolon" ölkə üçün "xərçəng şişidir".
Sonda onu da vurğulayaq ki, ölkəmizdə radikal dəstə və qruplaşmalar öz naqis xislətlərinə və xudbin dünyagörüşlərinə adekvat olaraq "koronavirus demokratiyası" deyilən həqarətli bir termin də icad ediblər. Xalqımız onları "şanlı" keçmişlərinə görə "azadlıq aşiqləri" kimi xatırlayır və rədd edir. Bundan sonra isə müdrik xalqımızın onları "koronavirus demokratları" kimi permanent "siyasi izolyasiya"da saxlayacaqları və yenidən gəldikləri yerə - tarixin zibilxanasına göndərəcəkləri sübuta ehtiyacı olmayan bir aksiom kimi qəbul edilə bilər.
Elman Nəsirov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
"Bu sərgi dünyaya verilən mesajdır" - Fulya Öztürk
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
-
Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
XƏBƏR LENTİ
-
"Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz"
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
İran səfiri Gürcüstan XİN-ə çağırıldı
-
İldə bu qədər məbləğdən çox pul köçürə bilməyəcəksiniz
-
Azərbaycanın yeni BARS dronu - (Foto)
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycan boksçuları Avropa çempionatında mübarizəyə başlayır
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu
-
Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
-
Sergey Melikov yeni vəzifəyə təyin olundu
-
Futbol klubunun prezidenti başından güllələndi
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Əməkdar artist: "Müğənni yazılan o pis sözləri özü qazanıb" - (Video)
-
Bakıda və Abşeronda pivə çəlləkləri ilə bağlı nöqsanlar aşkarlandı
-
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
Qaçırıldığı iddia olunan təyyarədə nə baş verib?: “Qışqırıq və bağırtılar eşitdik”
-
S-400-lər Türkiyədən başqa ölkəyə veriləcək?
-
Sabahdan onlayn kreditlər belə veriləcək - Yeni qaydalar
-
Prokuror Saleh Səmədova 9 il həbs istədi
-
Dilan Polat yenə saxlanıldı - Tutulma anı - (Video)





