Siyasət

"Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır" - Salyan sakini Vüqar Mürsəlov

10 Aprel 2020 10:16
Baxış: 905

Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır.

Trend Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə Lənkəran şəhər sakini Nurlan İbadovun ünvanladığı minnətdarlıq məktubunda deyilir.

Salyan rayonunun Qarabağlı kəndinin sakinləri adından Vüqar Mürsəlovyazır ki, ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. O yazır:

"Əziz Prezidentimiz, dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə Sizə təşəkkür edirik. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Bəli, bu, lider-xalq birliyinin təcəssümü və təzahürüdür. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanındadır.

Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.