Siyasət

Türk PA: Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” şiddətlə qınayırıq

4 Aprel 2020 12:04
Baxış: 1 340

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) beynəlxalq hüquq norma və prinsiplərinin hər hansı qaydada pozulmasını, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xələl gətirən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkiləri" şiddətlə qınayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı yaydığı bəyanatda qeyd olunub:

"TÜRKPA, bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində qətiyyətli şəkildə dəstəyini bir daha vurğulayır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.