Siyasət

Çexiya işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır

2 Aprel 2020 16:23
0 Şərh     Baxış: 1 779

Çexiyanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağdakı qondarma "prezident və parlament seçkiləri" ilə bağlı bəyanat yayıb.

Milli.Az bildirir ki, Çexiyanın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:

"31 mart 2020-ci il tarixində Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" keçirildi. Bu kontekstdə, Çexiya Respublikası Xarici İşlər Nazirliyi Çexiyanın bu "seçkilərin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımadığını vurğulayır.

Çexiya Respublikası ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini tam dəstəkləyir və münaqişəyə cəlb edilmiş bütün tərəfləri gələcək sülh proseslərinə çağırır və BMT Baş katibinin dünyanın hər guşəsində qlobal atəşkəsə çağıran 23 mart 2020-ci il tarixli bəyanatını dəstəkləyir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.