Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu
Milli Məclis bu gün keçirilən plenar iclasında Azərbaycanın daha bir beynəlxalq sənədə qoşulması müzakirə edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Quru limanlar haqqında Hökumətlərarası Sazişə qoşulmaq barədə" qanun layihəsi Milli Məclisin iclasının gündəliyinə daxil edilib. Qanun layihəsi bundan əvvəl parlamentin komitə iclaslarında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, saziş 2013-cü il noyabrın 7-də Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) iclasında imzalanıb. Sazişdə quru limanların milli proqramlar çərçivəsində və milli qanun və qaydalara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur. Burada, habelə, sazişin imzalanması, ratifikasiyası, qəbuletmə, təsdiqetmə və qoşulma, sənədin qüvvəyə minməsi kimi məsələlər tənzimlənir.
Eyni zamanda, sazişin icrası ilə bağlı məsələlərə və təklif olunan düzəlişlərə baxılması üçün quru limanlar üzrə işçi qrupun yaradılması, əsas mətnə və əlavələrə düzəlişlərin edilməsi proseduru, sazişdən çıxma, sazişin qüvvəsinin dayandırılması, mübahisələrin həlli və digər məqamlarla bağlı bəndlər öz əksini tapıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
-
Avropa Komissiyasının sədri 1 iyulda Azərbaycana gələcək
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
-
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
Şərbətli şirniyyat sevənlər üçün Fatih sarması resepti
-
Fransa Norveçi darmadağın etdi
-
Dembeledən son 72 ilin ən sürətli het-triki
-
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
-
Danimarka azanı qadağan etməyə hazırlaşır
-
İsa Həbibbəylinin nadir əlyazmanı təqdim etməsi birmənalı qarşılanmadı (Video)
-
Burak Çelik “Yeraltı”na vida etdi - (Foto)
-
Daniel Sebalyos "Real"dan getdi
-
Çində 7 600 tonluq nəhəng binanı "yeritdilər" (Foto)
-
Günün qoroskopu: Özünüzü parlaq və enerjili hiss edirsiniz
-
Venesuelada dağıntılar arasında körpə doğuldu
-
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
-
Atam işini layiqincə görürdü - Murad Heydərov
-
İsrail və Livan arasında çərçivə sazişi imzalanıb
-
Venesuelada güclü zəlzələ: 920 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
General-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş filmin premyerası keçirilib (Foto)
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - Mürsəl İbrahimov (Video)
-
Dilarə Səlim haqqında yayılan məlumata aydınlıq gətirdi
-
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
-
İllər sonra bir araya gəldilər - (Foto)
-
"Turan Tovuz" Vadji ilə bağlı qərar verdi





