Siyasət

Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırıldı

30 Mart 2020 11:49
Baxış: 852

Azərbaycanda qeyri-neft sektorunda çalışan şəxslərə icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti 2022-ci il yanvarın 1-dək uzadılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta" haqqında qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

İndiyə qədər bu müddət 2021-ci il yanvarın 1-dək nəzərdə tutulurdu. Güzəştlər muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üçün nəzərdə tutulurdu.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.