Siyasət

Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını təsdiq etdi

30 Mart 2020 11:39
Baxış: 823

Milli Məclis bu gün keçirilən plenar iclasında Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddətinin uzadılmasını müzakirə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Tibbi sığorta" haqqında qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, icbari tibbi sığorta 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Qüvvədə olan qanuna əsasən isə icbari tibbi sığorta 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.