Vüsal Qasımlı: Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır
Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Qərarı Trend-ə şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, xüsusi karantin rejiminin böyük əhəmiyyət daşıyır:
"Dünya üzrə riyazi modelləşdirmə onu göstərir ki, sərt izolyasiya və gigiyenik tədbirlər görülməyəndə koronavirusa yoluxan bir şəxs orta hesabla 2-3 nəfəri yoluxdurur. Bəzi ölkələrdə koronovirusun yayılmasının böyük sürəti də bununla bağlıdı. Çində ilk vaxtlar epidemiya hər 6,4 gündə iki dəfə arealını genişləndirmişdi. Amma riyazi modelləşdirmə göstərir ki, yoluxma səviyyəsinin 25-50% aşağı salınması xəstəliyin yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər. Yoluxmanın 63%-dən çox azalması isə pandemiyanın səngiməsinə səbəb ola bilər. Yoluxmanı azaltmaq üçün də social izolyasiya əsas şərtdir və Azərbaycanda xüsusi karantin qaydalarına ciddi əməl edilməsi hər birimizin social məsuliyyətidir.Yalnız social izolyasiya yoluxmanın qarşısını almağa və vəziyyəti nəzarətdə saxlamağa imkan verə bilər."
O bildirir ki, bütün dünyada baza reproduktiv kəmiyyəti, yəni koronovirusa yoluxmuş insanların özündən başqa daha neçə insanı yoluxdurması göstəricisi nəzarətə götürülür:
"Başqa ölkələrdə olduğu kimi Azərbaycanın da səhiyyə sisteminin bəlli bir "kritik gücü" var. Bu gün ölkəmizdə əhalinin hər 10 min nəfərinə 33 həkim, 54 orta tibb işçisi və 45 çarpayı düşür. Azərbaycan höküməti xüsusi karantin tətbiq etməklə pandemiyanın baza reproduktiv göstəricisini aşağı salmağa və vəziyyətə tam nəzarəti həyata keçirməyə çalışır və buna müvəffəq olur. Xüsusi karantin "koronavirus əyrisi"ni "ütüləməyə" və vəziyyəti nəzarətdə saxlamağa imkan verir.
Düzdür, sosial izolyasiya, qlobal şoklar və aşağı neft qiymətləri şəraitində iqtisadi itkilər qaçılmazdır. Amma indiki halda sosial izolyasiyadan doğan itkilər pandemiyanın səhiyyə sisteminin nəzarətindən çıxmasından yarana biləcək fəsadlarla müqayisədə dəfələrlə aşağıdır. Buna görə də xüsusi karantin tələblərinə anlayışla yanaşılmalı və əməl edilməlidir. Karantin nə qədər əvvəl olsa, bir o qədər də effektiv sayılır və sonrakı günlərdə yoluxma sayını daha çox azaldır. İqtisadi itkiləri zamanla bərpa etmək olacaq, buna görə də əsas Azərbaycan insanını qorumalıyıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas





