Siyasət

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi İndoneziyanın Boqor şəhər meriyası ilə saziş imzalayıb - FOTO

13 Mart 2020 18:37
Baxış: 1 139

Azərbaycanla İndoneziya arasında "ASAN Xidmət" modeli əsasında əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi üzrə saziş imzalanıb.

Trend bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədri Ülvi Mehdiyevlə İndoneziyanın Boqor şəhərinin meri Bima Arye Suqarto arasında protokolun imzalanması mərasimindən məlumat verir.

Ü.Mehdiyev bildirib ki, 2017-ci ildə Azərbaycanla İndoneziya arasında anlaşma memorandumu imzalanıb, bu gün isə bu sazişlər reallaşdırılır.

Boqor şəhərinin meri isə bildirib ki, bu sazişlərin məqsədi vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsindən ibarətdir:

"Boqor şəhərində də ASAN xidmətə bənzər mərkəz var və biz Azərbaycanla birgə bu mərkəzlərin işini təkmilləşdirmək istəyirik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.