Siyasət

Prezident İlham Əliyev Gürcüstanın Müdafiə nazirini qəbul edib - VİDEO

5 Mart 2020 18:05
Baxış: 1 515

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilini qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin birgə iştirak etdiyi mühüm enerji layihələrinin əhəmiyyəti vurğulandı, Cənub Qaz Dəhlızinin uğurla reallaşmasının önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın, investisiya qoyuluşunun əlaqələrimizin inkişafına töhfə verdiyi bildirildi.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.