Siyasət

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçiriləcək

28 Fevral 2020 14:11
Baxış: 2 019

"İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə danışıqlar aparılıb, böyük beynəlxalq konfrans və silsilə tədbirlər keçiriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 28-də jurnalistlərə müsahibəsində deyib.

Nazir söyləyib ki, bu tədbirlər çərçivəsində muzeylərdə saxlanılan əşyaların bir qismi sərgilərdə nümayiş olunacaq. Eyni zamanda, bir sıra mədəni proqramlar təqdim ediləcək: "Turistlər üçün ayrıca xüsusi marşrutlar formalaşdırılacaq. Əsas olan bu tədbirlərin beynəlxalq əks-səda doğurmasıdır. Çünki bu gün İçərişəhərdə görülən işlər təqdirəlayiqdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.