Siyasət

Türkiyə Prezident Administrasiyası: Dünya ictimaiyyəti Xocalı faciəsinə göz yummamalıdır

26 Fevral 2020 11:45
Baxış: 809

Dünya ictimaiyyəti Xocalı faciəsinə göz yummamalıdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Azərbaycanın dinc sakinlərinin qırğını bəşəriyyətin vicdanına qara ləkədir.

Xocalı soyqırımının 28-ci ildönümünü şərh edərkən Administrasiyadan bildiriblər ki, Türkiyə beynəlxalq ictimaiyyət tərəfindən Xocalı faciəsinə layiqli qiymət verilməsini gözləyir: "Türkiyə azərbaycanlı qardaşlarının ağrı-acısını bölüşür və heç vaxt bu faciəni unutmayacaq".

Administrasiyadan, həmçinin xatırladıblar ki, Türkiyə əvvəl olduğu kimi, Ermənistanı Azərbaycan ərazilərinin işğalını dayandırmağa və bu torpaqları qanuni sahiblərinə qaytarmağa çağırır:

"Türkiyə hər zaman Azərbaycanı bütün istiqamətlərdə dəstəkləyib və dəstəkləməkdə davam edəcək. Türkiyə Xocalıdakı dəhşətli faciə ilə əlaqədar Azərbaycan xalqına dərin başsağlığı ifadə edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.