Siyasət

MSK daha 9 məntəqədə nəticələri etibarsız saydı

25 Fevral 2020 17:42
Baxış: 3 883

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 50 saylı Abşeron-Qobustan seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin dairədən daxil olan müraciətdə seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular 9 seçki məntəqəsində öz əksini tapıb.

İ.Şahbazov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.