MSK-da iclas: Bu məntəqələrin nəticəsi LƏĞV EDİLDİ - YENİLƏNİB
20:41
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd Ramin Əbilovun müraciətinə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, namizəd müraciətində səsvermə günü dairə üzrə bir sıra məntəqələrdə seçki pozuntularının olduğunu iddia edib.
Qeyd olunub ki, həmin müraciət əsasında araşdırmalar aparılıb və 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi həqiqətən də müəyyənləşib
Komissiya 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.
----------
20:15
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 22 saylı Nəsimi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Vüqar Məmmədovun müraciətinə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.
Q.Orucov bildirib ki, iddiaçı seçki günü dairə üzrə müxtəlif məntəqələrdə qanun pozuntularının olduğunu iddia edərək, müvafiq tədbirlərin görülməsini xahiş edib: "İddiaçı 27 məntəqədə səsvermənin nəticələrini mübahisələndirib. Araşdırma zamanı 1, 20, 24 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən edilib. Təqdim edilən protokolların araşdırılması zamanı isə 11 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsin".
MSK müraciəti müzakirəyə çıxarıb və 1, 11, 20, 24 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilib.
---------
18:33
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 9 saylı Binəqədi İkinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 20 saylı məntəqədə öz təsdiqini tapıb. O bildirib ki, 20 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib.
Təklif səsə qoyularaq qəbul edilib.
---------
17:51
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 81 saylı Beyləqan seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü İlham Məmmədov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 1, 4, 6, 31-ci seçki məntəqələrində öz təsdiqini tapıb.
O bildirib ki, 1, 4, 6, 31-ci seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
-------
16:47
Bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 91 Ucar seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 18 və 38-ci seçki məntəqələrində öz təsdiqini tapıb.
Onun sözlərinə görə, 18 və 38-ci seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O, həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib.
Təklif səsə qoyularaq qəbul edilib.
----------
16:19
Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıq elan edib. İclasda seçkilərlə bağlı müraciətlərə baxılır.
***
İclasda 114 saylı Şəki kənd birinci seçki dairəsi ilə bağlı daxil olan müraciət qanunla müəyyən olunan vaxtdan gec göndərildiyi üçün ərizəçiyə geri qaytarılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)





