Siyasət

Kolumbiya səfiri batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb - FOTO

15 Fevral 2020 19:34
Baxış: 1 093

Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.