Azərbaycanda minimum əməkhaqqının artırılmasına dair təkliflər hazırlanacaq
Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Tədbirlər Planı məşğulluq sahəsində növbəti ciddi irəliləyişlərə imkan yaradır.
Milli.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması da yer alıb.
Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı" növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.
Tədbirlər Planına əsasən, əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və "DOST" mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modeli formalaşdırılacaq. Nazirliyin "Məşğulluq" altsistemi inkişaf etdiriləcək, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işi gücləndiriləcək. İşsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri, həmçinin əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.
2020-2025-ci illər üçün nəzərdə tutulan tədbirlər sırasına qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi də daxildir. Eləcə də həmin dövr ərzində əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması, işə düzəlmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestrinin yaradılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması təmin olunacaq.
İşəgötürənlərlə məşğulluq orqanları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi, bu orqanların fəaliyyətinin nəticəəsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi də tədbirlər sırasında yer alır.
Özünüməşğulluğa cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların "ABAD" mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflər hazırlanacaq. Haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi və təşkili mexanizminin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması təmin olunacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
XƏBƏR LENTİ
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
-
Hande Erçel CeyLo ilə - (Foto)
-
Metroda iş saatı uzadılır
-
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - (Video/Foto)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başladı
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)
-
Azərbaycan nefti 121 dolları keçdi
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Bu şəxslərin maaşı və pensiyası artırılır
-
Nuri Əhmədov vəfat etdi
-
2027-ci ildə pensiyalar nə qədər artacaq?
-
Neftin qiyməti ucuzlaşdı
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış olub - (Foto)
-
Pultda "0" düyməsinə uzun basanda işə düşür: Çox adam bunu bilmir
-
Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində - (Foto)
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır





