Siyasət

Türkiyə XİN: Azərbaycanda seçkilərin sabitlik şəraitində başa çatmasından məmnunuq

9 Fevral 2020 21:54
Baxış: 1 085

Fevralın 9-da Azərbaycanda keçirilən Milli Məclisə seçkilərə səsvermənin nəticələrinin qardaş Azərbaycana xeyirli olmasını arzu edirik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fbarədə Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilir.

Türkiyə XİN seçkilərin bütün ölkə üzrə sabitlik şəraitində başa çatmasından məmnunluq bildirib.

Nazirlik aidiyyəti qurumların seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əvvəldən göstərdikləri səyləri və Azərbaycan xalqının seçkidəki fəallığını təqdirəlayiq hal kimi dəyərləndirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.