Siyasət

Azərbaycanda seçkiqabağı "sükut günü" başlayıb

8 Fevral 2020 08:13
Baxış: 1 395

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt başa çatdı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün Azərbaycanda seçkiqabağı "sükut günü" elan olunub.

Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkilərində 1314 nəfər namizəd qeydiyyata alınıb.

Seçki günü ərzində Azərbaycanda 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 721 yerli müşahidəçi izləyəcək.

Həmçinin seçkilərdə 1129 səlahiyyətli nümayəndə, 7603 məşvərətçi səs hüquqlu komissiya üzü, 2085 vəkil qeydiyyatdan keçib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.