Siyasət

Azərbaycan ilə Belarus arasında təhlükəsizlik məsələləri müzakirə olunub - FOTO

7 Fevral 2020 22:04
Baxış: 1 441

Fevralın 7-də Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə Belarus ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, energetika və sənaye sahələrində əməkdaşlıq, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə müsbət dinamikasını vurğulayıb, strateji tərəfdaşlıq, əlaqələrin möhkəmləndirilməsi və birgə təhlükəsizlik layihələrinin həyata keçirilməsinə sadiq olduqlarını bir daha qeyd ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.