Siyasət

"Seçkilərdə heç kimin haqqının pozulmasından söhbət gedə bilməz"

7 Fevral 2020 17:52
Baxış: 1 564

"Seçkilərdə heç kimin haqqının pozulmasından söhbət gedə bilməz".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur:

"Bütün xoşagəlməz hallarla bağlı MSK-ya müraciət etmək lazımdır. Bəziləri qəsdən xoşagəlməz hallar törətməyə çalışır və onların da məqsədləri aydındır. Buna görə də vətəndaşlar ilk növbədə dairə seçki komisiyalarına müraciət etməlidirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.