Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən daxil olan müraciətə baxlıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, DSK-nın müraciətində deputatlığa namizəd Məzahir Şahvələdovun ikili vətəndaşlığa malik olduğu qeyd edilib.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, M.Şahvələdovun Azərbaycan vətəndaşlığı ilə yanaşı Rusiya vətəndaşlığı da var. İclasda M.Şahvələdovun namizədliyinin ləğv edilməsi təklif edilib. Təklif səsə qoyularaq qəbul edilib.
Milli.Az