Siyasət

Türkiyənin Xarici İşlər naziri Azərbaycana gəlir

5 Fevral 2020 14:18
0 Şərh     Baxış: 831

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, Trend bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunub ki, Türk Şurası üzvləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri, eləcə də müşahidəçi ölkə Macarıstanın xarici işlər və ticarət naziri Türk Şurasının gündəmində olan təxirəsalınmaz məsələləri müzakirə etmək üçün görüşəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.