Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva Əlibaba Məmmədovu 90 illik yubileyi və "Şərəf" ordeni alması münasibətilə təbrik edib - FOTO

5 Fevral 2020 00:12
Baxış: 2 286

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Xalq artisti Əlibaba Məmmədovun 90 illik yubileyi və "Şərəf" ordeni alması münasibətilə paylaşım edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir: "Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və "Şərəf" ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var.

Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.