Siyasət

İƏT İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib - FOTO

4 Fevral 2020 14:10
Baxış: 808

Bu ilin 3 fevral tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib. İclas İsrail-Fələstin məsələsinə dair ABŞ Administrasiyasının "Əsrin müqaviləsi" adlandırılan sülh razılaşması ilə bağlı çağırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Milli.Az-a bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov rəhbərlik edib.

R.Həsənov müzakirələr zamanı çıxış edərək məsələyə dair ölkəmizin mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini çıxış edərək Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və Fələstin məsələsinin "iki dövlət prinsipi" əsasında ədalətli və hərtərəfli həllini dəstəklədiyini qeyd edib. Ölkəmizin bu məsələnin beynəlxalq hüquq və BMT qətnamələrinə əsaslanan "iki dövlət" həll prinsipinə sadiq olduğu qeyd olunub.

İclasın sonunda İƏT İcraiyyə Komitəsinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.