Milli Məclisə seçkilərdə daha bir partiyanın nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə qeydə alınmış Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verilib.
Belə ki, iclasda bununla bağlı Müasir Müsavat Partiyasının müraciətinə baxılıb.
İclasda Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrindən biri kimi qeydə alınmış Nərgiz Əli qızı Nağıyevanın səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.
Milli.Az