Siyasət

Daha bir təşkilata seçkilərdə exit-poll keçirmək üçün akkreditasiya verildi

29 Yanvar 2020 18:04
Baxış: 892

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən daha bir təşkilatın müraciətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında exit-poll keçirmək istəyən "Rəy" Monitorinq Mərkəzinin müraciətinə baxılıb. MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu təşkilat Azərbaycada əvvəlki seçkilərdə də exit-poll keçirib və bu sahədə kifayət qədər təcrübəsi var. Bu dəfə də həmin təşkilat 118 seçki dairəsi üzrə 1080 seçki məntəqəsində exit-poll keçirmək niyyətindədir.

Müraciət səsə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.