Siyasət

“Exit-poll” keçirəcək təşkilatlar barədə qərarvermə müddəti sabah başa çatır

29 Yanvar 2020 09:54
Baxış: 901

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti sabah başa çatır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu barədə qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək, yəni 2020-ci il yanvarın 30-dək qəbul edilməlidir.

Yanvarın 30-da, həmçinin seçki bülletenlərinin hazırlanması müddəti də başa çatır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.