Siyasət

Siyasi partiyalar MSK sədrinin müraciətinə əməl etməyib

27 Yanvar 2020 17:25
Baxış: 853

Siyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qanunvericiliyin tələbinə görə, əgər öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxslər siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla bağlı həmin siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməli idi.

MSK-nın keçən iclası zamanı MSK sədri Məzahir Pənahov partiyalara müraciət edərək növbəti iclasa qədər siyasi partiyaların bununla bağlı məlumat vermələrini xahiş etmişdi. Amma bu müraciətə əməl olunmayıb. M.Pənahov bununla bağlı partiyaları diqqətli olmağa çağırıb: "Ona görə hesab edirəm ki, məsələ ilə bağl heç kəs bizdən inciməsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.