Litvalı jurnalist: "Yanlış müqayisələr apararaq, cəmiyyəti növbəti erməni yalanı ilə aldatmağa cəhd edilib"
Litvanın "slaptai.lt" internet-portalında 20 Yanvar faciəsindən bəhs edən "Tarixçi Alqis Kasperaviçyus nəyi demədi" ("Чего не сказал историк Альгис Касперавичюс") başlıqlı məqalə dərc olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, tanınmış litvalı jurnalist İrma Ajuole qələmə aldığı məqaləsində tarixçi Alqis Kasperaviçyusun 30 il əvvəl Bakıda baş vermiş faciəli hadisələr barədə qərəzli və həqiqətdən kənar "Oxşar, lakin fərqli Yanvar. Bakı 1990, Vilnüs 1991" ("Похожие, но разные январи. Баку 1990, Вильнюс 1991") adlı şərhinə etirazını bildirib. Algis Kasperaviçius 20 Yanvar faciəsi ilə Sumqayıt hadisələri arasında qərəzli və yanlış müqayisələr apararaq, cəmiyyəti növbəti erməni yalanı ilə aldatmağa cəhd edib.
Müəllif qeyd edib ki, tarixçinin 1990-cı ildə azərbaycanlıların sıxışdırdığı erməniləri müdafiə etmək üçün sovet ordusunun Bakıya yeridildiyi kimi söylədiyi cəfəng fikir heyrət doğurur. Çünki bu, zorakılığın bəraəti üçün köhnə Kreml nağılının təkrar olunmasından başqa bir şey deyil.
İ.Ajuole vurğulayıb ki, tarixçilər Ermənistan və Dağlıq Qarabağdan əvvəlcə azərbaycanlıların qovulduğunu, azərbaycanlıların erməni torpaqlarına təcavüz etmədiyi, ermənilərin isə Dağlıq Qarabağa iddia etdiyi kimi faktlar haqqında susurlar: "...orada əzəldən azərbaycanlıların da yaşadığını əlavə etməyi unudurlar. Millətlərarası ədavətdən və onu qızışdıranlardan danışarkən, düşünməyə dəyər ki, nə üçün hazırda Azərbaycanda 30 min erməni yaşadığı halda, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur...".
O, Sumqayıt hadisələrinin təşkilatçılarından birinin milliyyətcə erməni olan Eduard Qriqoryan olduğunu, əslində bu qırğına SSRİ təhlükəsizlik qüvvələrinin başçılıq etdiyinə erməni politoloq Sergey Kurginyanın aydınlıq gətirdiyini xatırladıb.
Sonda müəllif xəbərdarlıq edib ki, Qanlı Yanvar kimi ağrılı mövzuya məsuliyyətsiz şərhlər vermək təhlükəlidir. Çünki belə şərhlər həqiqəti təhrif edir, azərbaycanlıların milli heysiyyatına toxunur, millətlərarası və dövlətlərarası münasibətlərə ziyan vurur.
Məqaləni tam şəkildə bu linkdən oxumaq olar:
https://slaptai.lt/irma-azuole-cego-ne-skazal-istorik-alg/
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - - (Video)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
-
Prezident İlham Əliyev: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir
-
Kansler: Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır
XƏBƏR LENTİ
-
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyunu başlayıb
-
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - - (Video)
-
Ermənistan güləşçiləri Azərbaycana gəlir
-
“Limon turşusu” həbs olundu
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
-
Messi ən yaxşı seçildi
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb - (Foto)
-
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
"Avropada müğənnilər məni təkrarlayırlar"
-
Fransa millisi Zidana tapşırıldı
-
Nurlan Serqaliyev saxlanıldı
-
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı
-
Süni intellekt hansı sahələrdə inkişaf etdiriləcək? - Rəsmi siyahı
-
DÇ-2026-nın rəmzi komandası açıqlandı
-
"Zirə" "Göztəpə"nin sabiq futbolçusunu transfer etdi
-
Bakının bu küçəsində su dayanmadan axır - Sakinlər narazıdır
-
Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""
-
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
-
Prezident İlham Əliyev: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir
-
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək





