Azərbaycan XİN Yerevanın yanvar hadisələri ilə bağlı şərhlərinə cavab verib
Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdür.
Milli.Az bildirir ki, bunu Trend-ə Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı reaksiyasına münasibət bildirərkən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın qəhrəman oğul və qızlarının ölkənin müstəqilliyi uğrunda canlarından keçərək, müasir tariximizin şərəfli bir səhifəsinə adlarını öz qanları ilə yazmalarının 30-cu ildönümü həm ölkəmizdə, həm də diplomatik nümayəndəliklərimiz tərəfindən dünyanın 60-dan çox ölkəsində anım mərasimləri ilə qeyd olundu:
"Beynəlxalq ictimaiyyətin, o cümlədən ölkəmizdəki diplomatik korpusun bu xüsusda bizə verdiyi dəstəyi xüsusilə vurğulamaq istərdik.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun dinc azərbaycanlılara qarşı törətdiyi qırğın insanlıq əleyhinə cinayətdir və bu cinayətə görə məsuliyyəti keçmiş sovet rəhbərliyi daşıyır. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi bütün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır və dəstəklənir.
O ki, qaldı Ermənistanın 1990-cı ilin yanvar hadisələri ilə bağlı apardığı uydurma propaqandaya, bu kimi fəaliyyəti ilə Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdür. Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, öz tarixinə diqqət yetirməli, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənən işğalçı siyasəti illərdir ki, davam etdirdiklərini etiraf etməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
-
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
-
Prezident İlham Əliyev: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
-
Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
-
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
-
Prezident İlham Əliyev: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
XƏBƏR LENTİ
-
İsrail həmin şəxsləri mükafatlandıracaq
-
26 avtomobil hərraca çıxarıldı: Ən diqqətçəkən satış qiymətləri
-
Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...
-
Azərbaycanın yeni avtomatları sərgidə - “Azərsilah”dan 3 model
-
Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu
-
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
-
Nəriman Axundzadənin 10 ay sonra vurduğu qol - (Video)
-
Vanqanın 2027-ci il proqnozu üzə çıxdı
-
Fədayə Laçın: "Dedim ki, təyyarənin sağındakı yerləri alsın, tək oturum"
-
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı
-
Azərbaycanda güclü zəlzələ oldu
-
Bakıda 5 milyon manatlıq qanunsuz kazino şəbəkəsi aşkarlanıb - (Video)
-
Azərbaycanda güclü külək olacaq - Bu tarixlərdə
-
Türkiyə millisinə 2 futbolçu cəlb olundu
-
Maaşdan əlavə bu pulları da ala bilərsiniz
-
Qumral: “Əslində heç kimsiniz, fikirləriniz önəmli deyil" - (Video)
-
Gəncədə məktəbdə zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirildi
-
Şeyx Əbdüldə daha bir xəstəlik aşkarlandı
-
Lixtenşteynlə oyundan əvvəl millimizin 7 futbolçusu heyətdən çıxarıldı
-
34 ildən sonra bu adada ilk dəfə körpə doğuldu
-
Sabah bu ərazilər susuz qalacaq
-
Dua Lipa xalası oğlunun toyunda bir oynadı ki... - (Video)
-
Luis Enrike: "Ardanı klubumda görsəm xoşbəxt olaram, öyrətilməyəcək bir şey var onda"
-
Sabah yağış yağacaq





