Siyasət

Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib

20 Yanvar 2020 17:13
Baxış: 1 102

Fransanın Azərbaycandakı səfiri Zakari Qros 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar Fransanın Azərbaycandakı Səfirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

"1990-ci il Yanvar faciəvi hadisələrinin 30-cu ildönümü anım günündə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir", - deyə səfir bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.